"Zirə" Gürcüstan klubuna qarşı

17:47 - 25 İyul 2015

Hazırlıq matçı

 

Premyer Liqaya hazırlığı Türkiyədə davam etdirən"Zirə" Ərzurumdakı məşqlərini davam etdirir.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin yeni transfer Anar Nəzirov da bu gündən etibarən komanda ilə birlikdə məşqlərə başlayıb.

 

"Qartallar" bu gün təlim-məşq toplanışı çərçivəsində Gürcüstan çempionatının güclülər dəstəsində mübarizə aparan "Kolxeti" klubu ilə hazırlıq matçına çıxacaq.

 

Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Xəbər xətti