"Zirə"nin baş məşqçisi: "Səhvlərimizi gördük və qarşıda bunları aradan qaldırmağa çalışacağıq"

00:56 - 26 İyul 2015

"Xətlər arasında əlaqəni nəzərdən keçirdik"

 

"Zirə"nin baş məşqçisi Adil Şükürov Türkiyə toplanışı çərçivəsində Gürcüstanın "Kolxeti" klubuna qarşı keçirdikləri yoxlama oyunu ilə bağlı fikirlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, o, bunları söyləyib:

 

“Komandanın oyunundan razı qaldım. Futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Biz onları fərqli mövqelərdə oynatdıq ki, gözlənilməz vəziyyətlərdə özlərini necə hiss etdiklərini görək. Futbolçuların hamısına inanırıq, tam olaraq kimlərin start heyətində meydana çıxacağını müəyyənləşdirməmişik. Yoxlama oyunları həm də bu baxımdan vacibdir. Ümumi yüklənmə dövründə belə oynamaları normal idi. 2-ci hissədə əsasən gənclərə şans verdik, onları da yoxladıq. Xətlər arasında əlaqəni nəzərdən keçirdik. Yeni komandayıq, nəticədən asılı olmayaraq hansı addımları atacağımızı öyrəndik. Əsas səhvlərin görünməsidir. Biz səhvlərimizi gördük və qarşıda bunları aradan qaldırmağa çalışacağıq”.

Xəbər xətti