Nazarovlu "Karlsrue"dən uğursuz start

11:02 - 26 İyul 2015

Məğlubiyyətlə başladı

 

Almaniya ikinci Bundesliqasında yeni mövsümə start verilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" səfərdə "Qroyter Fyurt" klubu ilə qarşılaşıb. 89-cu dəqiqədə qol buraxan futbolçumuzun komandası mövsümə minimal hesablı məğlubiyyətlə start verib.

 

Qeyd edək ki, Nazarov start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Xəbər xətti