"Barselona" "Mançester Yunayted"lə bacarmadı VİDEO

11:53 - 26 İyul 2015

"Çelsi" penaltilərlə sevindi

 

Beynəlxalq Çempionlar Kubokunda daha iki oyun keçirilib.

 

Sportal.az xəbər verir ki, PSJ "Çelsi"ylə, "Barselona" isə "Mançester Yunayted"lə qarşılaşıb. Hər iki oyun ABŞ-da baş tutub.

 

"Barselona" - "Mançester Yunayted" oyununda "qırmızı şeytanlar" 3:1 hesabıyla qalib gəlib. İngiltərə nəhənginin heyətində Runi, Yanuzay və Linqard fərqlənib.

 

PSJ - "Çelsi" qarşılaşmasında isə 90 dəqiqə 1:1 hesabı ilə yekunlaşıb. Oyunsonrası penaltilər seriyasında isə London təmsilçisi güclü olub - 6:5.

 

 

 

Barselona - Mançester Yunayted 1:3

Qol: Rafinya, 90 - Runi, 8. Linqard, 65. Yanuzay, 91.

 


 

Xəbər xətti