"Seltik" "Qarabağ"la matçda anşlaq gözləyir

12:37 - 27 İyul 2015

Azarkeşlərə müraciət etdi

 

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Seltik” azarkeşlərinə müraciət edib.

 

Sportal.az xəbər verir ki, klubun rəsmi saytı vasitə ilə ünvanlanan müraciətdə qeyd olunub ki, onlar üçün Ağdam təmsilçisi ilə matç bu mövsümün ilk ciddi qarşılaşmasıdır.

 

Şotlandiya klubu “Qarabağ”la ilk oyunda azarleşlərinin “Seltik Park” arenasını dolduracağına inamını ifadə edib və fanatları bilet almağa səsləyib.

Xəbər xətti