"Zirə"dən növbəti transfer

00:01 - 28 İyul 2015

2 illik müqavilə

 

“Zirə” növbəti transferini gerçəkləşdirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışında olan komandanəın heyətindəki legionerlərin sayı 4-ə çatıb. "Zirə" Yovan Krnetanın ardından Rihairo Muelens transfer edib. Meneceri ilə birgə komandanın Ərzurumdakı düşərgəsinə gedən 27 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki,  R.Muelens ötən mövsüm Rumıniyanın “Rapid” klubunda çıxış edib. “Riko” ləqəbli oyunçu Kuraçao yığmasının şərəfini qoruyur. KONKOKAFDA mübarizə aparan Kuraçao son iki dünya çempionatının seçmə mərhələsində təmsil olunub. Riko isə yığma komandada keçirdiyi 9 oyunda 3 qol vurub.

Xəbər xətti