Millimizin sabiq futbolçusu dubla imza atdı

00:59 - 28 İyul 2015

15-ci turun matçında darmadağın

 

Latviya birinci liqasında 15-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin sabiq hücumçusu Vüqar Əsgərovun şərəfini qoruduğu "1625 Liepaya" səfərdə "Alberts"in qonağı olub. Qarşılaşma 5:1 hesabıyla futbolçumuzun klubunun xeyrinə başa çatıb. Əsgərov da bu oyunda dubla imza atmaqla yadda qalıb. O, 20 və 77-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.

 

Qeyd edək ki, "1625 Liepaya" 15 turdan sonra 33 xalla 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti