"Kəpəz" nə vaxt toplanır?

14:06 - 28 İyul 2015

Yenidən bir araya gəlir

 

Xəbər verdiyimiz kimi, Premyer Liqanın yeni mövsümünün Türkiyədə baş tutan hazırlıqlarını yekunlaşdıran "Kəpəz” Bakıya gəlib.

 

Sportal.az xəbər verir ki, komanda hazırda istirahətə buraxılıb.  Məşqlər iyulun 30-da başlayacaq. Bundan sonra komanda Premyer Liqanın ilk turuna qədər Bakıda hazırlaşacaq.

 

Qeyd edək ki, "Kəpəz" Premyer Liqanın ilk turunda avqustun 8-i  "Neftçi" ilə qarşılaşacaq.

Xəbər xətti