"Kəpəz" məğlub oldu

18:02 - 30 İyul 2015

Hazırlıq matçında

 

Yeni mövsümə hazırlığı Gəncədə davam etdirən "Kəpəz"in əvəzedici heyəti növbəti yoxlama oyununu keçirib. 

 

Sportal.az xəbər verir ki, gəncəlilər I divizonda çıxış edən "Şəmkir" ilə üz-üz gəlib. 

 

Şəmkir Olimpiya İdman Kompleksində keçirilən oyun "Şəmkir"in  3:2 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, bu komandalar iyulun 21-də Gəncədə qarşılaşmış və həmin oyun 2:2 hesablı heç-heçə ilə nəticələnmişdi.

Xəbər xətti