"Qarabağ"la oyun öncəsi "Seltik" qələbə qazandı

18:49 - 1 Avqust 2015

"Ross Kaunti" üzərində

 

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Seltik” bu gün Şotlandiya çempionatında ilk matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, Qlazqo təmsilçisi öz meydanında “Ross Kaunti”ni qəbul edib. Qarşılaşma “Qarabağ”ın rəqibinin 2-0 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, "Seltik" avqustun 5-də Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq.

Xəbər xətti