Monteneqrolu futbolçu rəsmən "Zirə"də FOTO

20:06 - 1 Avqust 2015

2 illik müqavilə

 

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Monteneqrolu İqor İvanoviç karyerasını komandamızda davam etdirəcək.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb. İvanoviç vətənində “Rudar”ın formasını geyinib.

 

Ötən mövsüm Monteneqro çempionluğunu qazanan İqor 13 qolla bombardirlər cədvəlində 2-ci yeri tutub və komandasının aparıcı oyunçularından biri olub. İvanoviç “Rudar”a qədər Serbiyada “OFK Belqrad” klubunun şərəfini qoruyub. Yarımmdüdafiəçi 2011-ci ildə Monteneqronun 21 yaşa qədər futbolçulardan ibarət yığma komandasının formasını geyinib.

 

Xəbər xətti