"Mançester Yunayted"ə şad xəbər: "İngiltərəyə köçəcəyik"

20:42 - 1 Avqust 2015

Pedro gəlir

 

Adı "Mançester Yunayted"lə hallanan "Barselona"nın futbolçusu Pedronun Premyer Liqada çıxış edəcəyi dəqiqləşmək üzrədir.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Pedronun uşaq yaşlarından futbola başladığı "San İsidro"nun prezidenti Ceymi Lorens öz açıqlamasında Pedronun anasının yaxın günlərdə futbolçu ilə birlikdə İngiltərəyə köçəcəklərini bildirib.

 

Qeyd edək ki, "qırmızı şeytanlar" Pedro üçün 21 milyon funt-sterlinq ödəməyə hazırdı.

Xəbər xətti