Kasilyas penaltini dəf etdi, "Porto" qələbə qazandı VİDEO

02:35 - 2 Avqust 2015

“Valensiya” “lotoreya”da uduzdu

“Coloniya Cup”da Portuqaliyanın “Porto” və İspaniyanın “Valensiya” klubları qarşılaşıb.
 
Sportal.az xəbər verir ki, qolsuz başa çatan oyunda qalib penalti seriyasında müəyyən olunub.
 
Bu dueldə oyunun qəhrəmanı “Porto”nun qapıçısı İker Kasilyas olub.
 
Rəqibin zərbələrindən birini dəf edən ispan qolkiper komandasına qələbə qazandırıb.

 

Xəbər xətti