"Bakı" toplanır

13:00 - 2 Avqust 2015

Məşqlər sabahdan başlayacaq

 

"Bakı" futbol klubu növbəti - 2015/16-cı il futbol mövsümünün hazırlıqlarına başlayır.  

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, məşqlər avqustun 3-dən etibarən baş məşqçi Novruz Əzimovun rəhbərliyi ilə start götürəcək. 


Həmin gün "zolaqlılar"ın əsas komandası ilk məşqinə klubun bazasında saat 9:00-da çıxacaq.

Xəbər xətti