"Kəpəz" "Turan Tovuz"la heç-heçə etdi

20:59 - 2 Avqust 2015

Yoxlama matçı

 

“Kəpəz”in əvəzedici komandası yoxlama oyunu keçirib. “Sarı-göylər” son sınaq matçında səfərdə “Turan Tovuz”la qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, oyunun ilk hissəsində hesab açılmayıb. Fasilədən sonra isə Gəncə təmsilçisi hesabı dəyişib. İsmayıl Aslanov I divizion təmsilçisinin qapısına yol tapıb. Amma daha sonra tovuzlular hesabı  bərabərləşdirib - 1:1.

 

Qeyd edək ki, bu oyun tərəflərin hazırlıq dönəmində ikinci qarşılaşması olub. Ötən ay Tovuzda reallaşan görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlmişdilər.

Xəbər xətti