"Barselona" "Fiorentina"ya da uduzdu VİDEO

02:10 - 3 Avqust 2015

Kataloniya təmsilçisi turnirdə 3-cü məğlubiyyətini aldı  
 
Çempionlar kuboku turnirində “Barselona” klubu növbəti məğlubiyyətini alıb. 
 
Sportal.az xəbər verir ki, kataloniyalılar İtaliyanın “Fiorentina” klubuyla üz-üzə gəlib.
 
İlk 15 dəqiqə ərzində florensiyalı Bernardeski rəqibin qapısına iki dəfə yol tapıb. Lakin çox çəməyib ki, Luis Suares bu qollardan birinin əvəzini çıxıb. Lakin qalan dəqiqələrdə “Barsa” məğlubiyyətdən xilas olmağa çalışsa da, bu cəhdlər boşa çıxıb. 
 
Qeyd edək ki, bundan əvvəl “Mançester Yunayted” və “Çelsi” uduzan “Barselona” beynəlxalq turnirdə 3-cü məğlubbiyyətiylə üzləşib.           
 
 
“Fiorentina”(İtaliya) – “Barselona” 2:1
Qollar: Bernardeski, 4, 12 – Suares, 17  
 

Xəbər xətti