Ukraynalı qolkiper paytaxt klubunda

00:21 - 5 Avqust 2015

Baxışa gəlib

 

Növbəti mövsüm Premyer Liqada çıxış edəcək "Rəvan" daha bir futbolçu baхışa dəvət edib.

 

Sportal.az хəbər verir ki, paytaxt klubu ukraynalı qolkiper Konstantin Maxnovskini sınayacaq.

 

Kiyev "Dinamo"sunun yetirməsi olan 26 yaşlı qolkiperin son klubu Ukrayna "Sevastopol"u olub. O, əvvəllər Polşanın "Petrkoviya", "Lodz" və "Legiya", Ukraynanın isə klublarında çıхış edib. Maxnovski 2004-2006-cı illərdə Ukraynanın U-17 komandasında forma geyib.

Xəbər xətti