"Rəvan" 2 legionerlə gücləndi

19:23 - 5 Avqust 2015

Sabiq futbolçularını qaytardı

 

Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq "Rəvan" heyətini legioner futbolçularla gücləndirib.

 

Sportal.az xəbər verir ki, "aslanlar" Mindauqas Kalonasdandan sonra  Syerra Leone milli komandasının sabiq üzvləri , müdafiəçi Şeriff Suma və yarımmüdafiəçi Samuel Barlayı da yenidən komandaya qaytarıb Hər iki futbolçu artıq Bakıdadı və çempionatın startınadək onlarla müqavilə imzalanacaq.

  

Qeyd edək ki, Şeriff Suma 2011-2012-ci illərdə, Samuel Barlay isə 2011-2013-cü illərdə "Rəvan"ın şərəfini qoruyub.

Xəbər xətti