"Zirə"də yeni məşqçi

20:41 - 6 Avqust 2015

Şükürovun daha bir köməkçisi

 

“Zirə” Premyer Liqaya hazırlığı davam etdirir.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Komandaya yeni məşqçi cəlb olunub. Baş məşqçi Adil Şükürovun köməkçilərindən biri də Elnur Codarov olacaq. Codarovla bir illik müqavilə bağlanıb.

 

Xatırladaq ki, buna qədər baş məqçimizin iki köməkçisi var idi. Məşqçi Ayxan Abbasovla qapıçılarla işləyən məşqçi Anar Niftəliyev.

Xəbər xətti