Nazarov 14 dəqiqə oynadı, komandası kubokda mübarizəni dayandırdı

13:01 - 9 Avqust 2015

Qarşılaşmada 4 qol
 
Almaniya Kubokunda birinci mərhələnin oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə "Roytlinger"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu qarşılaşmanı 8 futbolçu ilə tamamlayan "Karlsrue" startdaca mübarizəni dayandırıb.
 
Qeyd edək ki, Nazarov bu qarşılaşmaya start heyətdə başlayıb. Amma 14-cü dəqiqədə əvəzlənib.

Xəbər xətti