Millimizin sabiq üzvü yenə qol vurdu

16:39 - 9 Avqust 2015

Qollarının sayını 5-ə çatdırdı

 

Latviya 2-ci liqasında 17-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun şərəfini qoruduğu  "1625 Liepaya" komandası növbəti matçına çıxıb.

 

Həmyerlimizin komandası öz meydanında "Auda"nı qəbul edib. Qarşılaşma futbolçumuzun komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Əsgərov oyunda 2-ci qolu vurmaqla komandasının qələbəsində pay sahibi olub.

 

Qeyd edək ki, millimizin sabiq forvardı bundan əvvəlki iki oyunda dublla yadda qalmışdı. O, vurduğu qolların sayını 5-ə çatdırıb.

Xəbər xətti