"Sportinq" kubokla başladı

10:29 - 10 Avqust 2015

Super Kuboku qazandı

 

Portuqaliya Super Kubokunun sahibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, həlledici görüşdə son ölkə çempionu "Benfika" və kubokun sahibi "Sportinq"  qarşılaşıb. Matçda 1:0 hesabı ilə qalib gələn "Sportinq" kubokun sahibi olub.
 

Oyunda yeganə 53-cü dəqiqədə qolu Andre Karrillo vurub.

Xəbər xətti