Qara Qarayev "Malaqa"da çıxdığı debüt matçında qol vurdu

15:07 - 10 Avqust 2015

1 qol və 1 məhsuldar ötürmə

 

"Əlincə"dən "Malaqa"ya transfer olunan futbolçumuz Qara Qarayev İspaniya klubunun heyətində ilk matçını keçirib.

 

Sportal.az xəbər verir ki, Qarayev "Real Betis"lə keçirilən yoxlama matçında meydana çıxıb.

 

Gənc futbolçumuz ikinci hissədə forma geyinib. İstedad və bacarığını yeni komandası ilə çıxdığı ilk matçda da nümayiş etdirən Qara 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Görüş "Malaqa"nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Xatırladaq ki, "Əlincə"nin yetirməsi olan Qara Qarayev bu yayın əvvəlində "Malaqa"ya transfer olunub.

Xəbər xətti