Millimizin üzvü oynadı, komandası məğlub oldu

10:44 - 11 Avqust 2015

19-cu turun matçı

 

İsveç çempionatının yüksək liqasında 19-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Emin Nurinin şərəfini qoruduğu “Kalmar”  doğma arenada “Sundsvall”la üz-üzə gəlib. Görüş ev sahiblərinin 0:2 hesabı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Nuri oyunu əvəzedilmədən keçirib.   


Qeyd edək ki, “Kalmar” 22 xalla 10-cu pillədə qərarlaşıb. 

Xəbər xətti