Sportal.az-ın daha bir xəbəri təsdiqləndi: Novruzov rəsmən "Zirə"də FOTO

19:08 - 13 Avqust 2015

6 aylıq müqavilə

 

“Zirə” daha bir futbolçu ilə güclənib.

 

Sportal.az xəbər verir ki, ötən mövsüm Premyer Liqanın bombardiri olan Nurlan Novruzov sözügedən komandanın sıralarına qoşulub.

 

“Bakı” klubu ilə razılığa əsasən, Nurlan 6 aylıq icarə əsasında “Zirə”də çıxış edəcək. Ancaq Novruzovla müqavilənin müddəti artırıla bilər. Bu haqda artıq futbolçu ilə şifahi razılıq əldə olunub. Klublar arasında da razılıq əldə olunarsa 6 aydan sonra Nurlan Novruzovla müqavilənin müddətinin artırılması mümkündür.

 

Qeyd edək ki, Novruzovun "Zirə"yə keçidi haqda ilk xəbəri Sportal.az yaymışdı. http://sportal.az/?goal=news&id=60535

 

Xəbər xətti