"Zirə"də "Kəpəz"lə matç öncəsi üzlər gülür

00:47 - 14 Avqust 2015

Komandada zədəli yoxdur
 
Premyer Liqanın debütantı "Zirə" avqustun 16-sı qarşılaşacağı "Kəpəz"lə oyunun hazırlıqlarını davam etdirir.
 
Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, komandada bu matç öncəsi zədəli futbolçu yoxdur. Və yeni transfer Nurlan Novruzovun adı Peşəkar Futbol Liqasına oyun gününə qədər göndəriləcək və baş məşqçinin şans verəcəyi təqdirdə meydanda olacaq.
 
Qeyd edək ki, qarşılaşma saat 18:30-da start götürəcək.

Xəbər xətti