Kamran Ağayev Türkiyədə problemlə üzləşdi

16:55 - 14 Avqust 2015

"Karşıyaka" yeni transferlərini sifariş edə bilmir
 
Kamran Ağayev Türkiyədə problemlə üzləşib.
 
Sportal.az xəbər verir ki, millimizin qapıçısının forma geyindiyi "Karşıyaka”ya yeni futbolçularını sifariş etmək qadağası qoyulub.
 
DHA-nın məlumatına görə, buna səbə klubun Sosial Güvənlik Qurumundan (SGQ) borcunun olmamasına dair sənədi ala bilməməsi olub. Bu səbəbdən TFF "Karşıyaka"nın yeni futbolçularını sifariş etməkdəm imtina edib. 
 
Beləliklə, İzmir təmsilçisi növbəti mövsüm üçün ötən mövsümdən komandada qalan 4 futbolçunu sifariş edib. Əgər klub rəhbərliyi borcu ödəyə bilməsə, komanda ilk oyununa əvəzedici heyətdən gənc futbolçularla çıxacaq.

Xəbər xətti