"Kəpəz"in elitaya yüksəlməsi bizim üçün göydəndüşmə oldu"

19:26 - 14 Avqust 2015

"Planlarımız yeni nəsil qapıçı yetişdirməkdir"

 

Gəncədə fəaliyyət göstərən "Gənc qapıçılar klubunun məşqçisi Xəyal Zeynalov yeni mövsüm hazırlıqları və gələcək planlar barədə maraqlı fikirlər səsləndirib.

 

Sportal.az-a açıqlamasında Zeynalov bunları qeyd edib:

 

"Yay istirahətimiz 23 avqustda bitir. Artıq yeni mövsümə müəyyən hazırlıqlar gedir. Meydança problemi və bəzi çətinliklərimizə baxmayaraq, klubumuz fəaliyyətini tam sürətlə aparacaq. Bildiyiniz kimi, "Kəpəz" yenidən elitaya vəsiqə qazandı. Bu, bizim üçün göydəndüşmə oldu. Artıq 9 yaş qrupunda hərəsinə 2 qapıçı olmaqla çıxış edə biləcəklər.  Planlarımız yeni nəsil qapıçı yetişdirməkdir. Məlum olduğu kimi, klubumuz regionda ilk qapıçılar klubudur. Bütün çətinliklərə baxmayaraq, fəaliyyətimizi davam etdirəcəyik. İnanırıq ki, AFFA rəhbərliyi bu vaxta qədər klubu necə diqqətdə saxlayırdısa, bu il də dəstəklərini bizdən əsirgəməyəcəklər. Burdan da Elxan Məmmədova öz təşəkkürümüzü bildiririk".

Xəbər xətti