Problem həll olundu: Kamran Ağayev oynaya biləcək

21:37 - 14 Avqust 2015

"Borcu yoxdur" sənədi alındı

 

Millimizin qolkiperi Kamran Ağayevin komandası "Karşıyaka”nın problemlə üzləşdiyi barədə xəbər vermişdik. Belə ki, komanda Sosial Güvənlik Qurumundan "borcu yoxdur” sənədi ala bilmirdi. Əgər bu sənəd alınmayacağı təqdirdə, Kamranla yanaşı daha 17 yeni transfer heç bir oyunda komandaya kömək edə bilməyəcəkdi. 
 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Karşıyaka” bu problemini yoluna qoyub. Belə də bütün transferlər PPT oyunlarında komandaya kömək edə biləcəklər.

 

Qeyd edək ki, Kamran Ağayevin komandası avqustun 16-sı səfərdə "Adana Dəmirspor”la qarşılaşacaq.

Xəbər xətti