Nazarov 22 dəqiqə oynadı və "fərqləndi"

00:48 - 15 Avqust 2015

"Karlsrue" ilk qələbəsini qazandı
 
Dünən Almaniyanın ikinci Bundesliqasında 3-cü turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə "Frankfurt"la qarşılaşıb və bu matçdan 2:1 hesabı ilə qələbə qazanıb. Millimizin üzvü 68-ci dəqiqədə meydana daxil olub və 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
 
Qeyd edək ki, Nazarovun komandası cari mövsümdə ilk qələbəsini qazanıb.

Xəbər xətti