Kamran Ağayev və komanda yoldaşlarından əsgər salamı FOTO

15:56 - 16 Avqust 2015

"Adana Demirspor" - "Karşıyaka" matçında maraqlı hadisə
 
Kamran Ağayevin Türkiyədə oynadığı matçda maraqlı hadisə yaşanıb.
 
Sportal.az хəbər verir ki, futbolçumuzun forma geyindiyi "Karşıyaka"nın üzvləri oyundan əvvəl əsgər salamı verib.
 
Belə ki, "Karşıyaka" PTT 1-ci liqanın ilk turunda "Adana Dəmirspor"un qonağı olub. Oyundan əvvəl İstiqlal marşı oхunarkən "Karşıyaka"lı futbolçular əsgər salamı verib. Azarkeşlər isə İstiqlal marşı qurtaran kimi "Şəhidlər ölməz" şüarı səsləndirib.
 
Qeyd edək ki, Türkiyədə son dövrlər terror aktlarının sayı artıb. Təkcə ötən gün 6 əsgər şəhid olub.
 

Xəbər xətti