Balayevsiz "Ayntraxt" mövsümə məğlubiyyət ilə başladı

00:37 - 17 Avqust 2015

Futbolçumuzun adı iştirak ərizəsinə salınmayıb
 
Almaniya Bundesliqasında 1-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da cari mövsümdə ilk çempionat oyununa çıxıb. Frankfurt təmsilçisi səfərdə "Volfsburq"la qarşılaşıb. Matç futbolçumuzun klubunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
 
Qeyd edək ki, Emilin adı bu oyunun iştirak ərizəsinə salınmayıb.

Xəbər xətti