Subaşiç 90 dəqiqə oynadı, komandası məğlub oldu

10:37 - 17 Avqust 2015

Serbiya çempionatı

 

Azərbaycan milli komandasının sabiq üzvü Branimir Subaşiç Serbiya çempionatında növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçu şərəfini qoruduğu OFK Belqrad 6-cı turun oyunu çərçivəsində səfərdə  "Yavor"la qarşılaşıb. Təcrübəli futbolçu 90 dəqiqə meydanda olsa da komandasına qələbə qazandıra bilməyib. Belə, ki Belqrad təmsilçisi bu qarşılaşmada 0 – 2 hesabı ilə məğlub olub.

 

Qeyd edək ki, 6 turdan sonra OFK aktivindəki 6 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Xəbər xətti