Millimizin üzvü oynadı, komandası məğlub oldu

13:28 - 17 Avqust 2015

XX turun matçı

 

İsveç çempionatının yüksək liqası sayılan Allsvenskanda 20-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Emin Nurinin şərəfini qoruduğu “Kalmar” səfərdə AİK-lə üz-üzə gəlib. Görüş qonaqların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Nuri oyunu əvəzedilmədən keçirib. 


Qeyd edək ki, “Kalmar” 22 xalla 11-ci pillədə qərarlaşıb. 

Xəbər xətti