Cahangir Həsənzadə də "Mançester Yunayted" Futbol Məktəbində

14:42 - 19 Avqust 2015

Yeni mövsümə start verildi

 

AFFA və Bakcell birgə layihəsi əsasında fəaliyyət göstərən “Mançester Yunayted” Futbol Məktəbinin yeni mövsümünə  start verilib.

 

Sportal.az xəbər verir ki, Futbol məktəbində U-10 və U-12 qrupları fəaliyyət göstərir. Məşqlər hər qrup üçün həftədə 2 dəfə nəzəri və praktik olaraq “M.Y.”dan dəvət olunmuş baş məşqçi Mick Benett ve köməkçi məşqçi Samir Ələkbərov tərəfindən keçirilir.

 

Məktəbin məşqçilər heyətinə daha bir köməkçi məşqçi - Cahangir Həsənzadə də qoşulub.

Xəbər xətti