"Rəvan" legionerini göndərdi

10:12 - 20 Avqust 2015

Emin Quliyevin qərarı ilə

 

Premyer Liqanın debütantı "Rəvan" yeni transferi ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, bu litvalı futbolçu Mindauqas Kalonasdır. Təcrübəli futbolçu artıq komandanın düşərgəsini tərk edib. Onun komandadan ayrılmasının əsas səbəbi "aslanlar"ın baş məşqçisi Emin Quliyevin futbolçudan razı qalmaması olub. Belə 31 yaşlı həm artıq çəkidən əziyyət çəkir, həm də son dövrlər oyun praktikası az olub. Bu da gənc mütəxəssisi qane etməyib və qarşılıqlı razılaşma əsasında futbolçu ilə müqaviləyə xitam verilib.

Xəbər xətti