Millimizin üzvü oynadı, komandası mərhələ adladı

13:55 - 21 Avqust 2015

Penaltilərlə qələbə qazandı

 

İsveç kubokunda ikinci mərhələnin oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Emin Nurinin komandası - "Kalmar" səfərdə aşağı liqa təmsilçisi "Halmia" ilə qarşılaşıb.Görüşün 90 dəqiqəsi heç-heçə bitib - 1:1. Əlavə vaxtda da qol vurulmayınca, qalibi penaltilərlə müəyyənləşdirmək lazım gəlib. Daha dəqiq oynayan "Kalmar" 4:2 hesabıyla üstün olaraq, adını növbəti mərhələyə yazdırıb.

 

Qeyd edək ki, Nuri bu görüşə də start heyətdə çıxıb və 90 dəqiqə mübarizə aparıb.

Xəbər xətti