Emin Quliyev: "Hakimlərdən çox narazıyam"

23:40 - 22 Avqust 2015

"Baxanlar penaltinin olmadığını deyir"

 

Premyer Liqanın 3-cü turunda "Rəvan" səfərdə "Xəzər Lənkəran"la qarşılaşıb.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 1 - 1 hesablı bərabərliklə başa çatan matçdan sonra "aslanlar"ın baş məşqçisi Emin Quliyev hakimlikdən narazı qaldığını deyib: "Oyun maraqlı keçdi. Bir daha vurğulayım ki, biz 20 günə komanda formalaşdırmışıq. Çatışmayan cəhətlərimiz çoxdu. Bunların üzərində işləmək lazımdır. Mən hakimlərdən çox narazıyam. Məncə, penalti yox idi. Bunu aydınlaşdırarıq. Amma baxanlar penaltinin olmadığını deyir. Ümumilikdə götürsək, komandamı 1 xal münasibəti ilə təbrik edirəm. "XəzərLənkəran" komandasınaisə uğurlararzulayıram".

Xəbər xətti