"Xəzər Lənkəran"a qol vuran futbolçu: "Təəssüflər olsun ki, heç-heçə oynadıq"

00:19 - 23 Avqust 2015

"Heç-heçə də pis nəticə deyil"
 
Premyer Liqanın 3-cü turunda "Rəvan" səfərdə "Xəzər Lənkəran"la 1:1 hesablı heç-heçə edib.
 
Sportal.az xəbər verir ki, "Rəvan"ın qolunun müəllifi Ramazan Abbasov oyun haqda fikirlərini CBC telekanalına müsahibəsində bildirib:
 
"Çox təəssüflər olsun ki, heç-heçə oynadıq. Çox istəyirdik ki, qələbə qazanaq, amma alınmadı. Heç-heçə də pis nəticə deyil Səfədə 1 xal da yaxşıdır. Bərabər səviyyəli oyun keçdi. Komandada hamı çalışır ki, yenidən millimizə dəvət alaq. Komandamız hələ yeni yığılıb. Çempionatda yaranan fasilədən maksimum istifadə edib yaxşı hazırlaşmaq istəyirik".

Xəbər xətti