Erat 90 dəqiqə oynadı, komandası məğlub oldu

01:30 - 23 Avqust 2015

Qarşılaşmada 1 qol
 
Almaniya Qərb Regional Liqasında 4-cü turun oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna" U-23 də növbəti matçına çıxıb. Düsseldorf təmsilçisi səfərdə "Rödinqhauzen"lə qarşılaşıb. Görüş futbolçumuzun 1:0 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb.
 
Qeyd edək ki, Toğrulun komandası hazırda 5 xalla 19 klub arasında 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti