Millimizin üzvü oynadı,"Metallurq" məğlub oldu

11:47 - 23 Avqust 2015

Ukrayna kubokunda

 

Ukrayna Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Pavel Paşayevin şərəfini qoruduğu  "Metallurq" klubu kubokda ilk oyununu keçirib.

 

Həmyerlimizin komandası səfərdə "Ternopol"la qarşılaşıb. Paşayevin 90 dəqiqə meydanda olduğu matç “Metallurq”un 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Bununla da Zaparoje təmsilçisi mübarizəni erkən dayandırmalı olub.

Xəbər xətti