Subaşiç üçün 45 dəqiqə

15:14 - 23 Avqust 2015

Komandası məğlub oldu
 
Serbiya çempionatında növbəti turun oyunları keçirilir.
 
Sportal.az хəbər verir ki, millimizin sabiq futbolçusu Branimir Subaşiçin forma geyindiyi OFK evdə "Mladost”u qəbul edib. Görüş Belqrad təmsilçisinin doğma publika önündə 0:1 hesablı məğlubiyyətiylə başa çatıb. Start heyətində yer almayan Subaşiç yalnız fasilədən dərhal sonra - 46-cı dəqiqədə Komnen Andriçin əvəzinə meydana daxil olub. Amma o da komandasını məğlubiyyətdən xilas edə bilməyib.
 
Qeyd edək ki, OFK 7 turdan sonra 6 хalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Xəbər xətti