AZAL-ın ən uğursuz startı

14:44 - 24 Avqust 2015

İlk 3 turda məğlubiyyət

 

AZAL Azərbaycan Premyer Liqasının ilk 3 turunda məğlub olub. Bu, Bakı klubunun tarixində ölkə çempionatlarında ən uğursuz startdır.

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, 2005/06 mövsümündən Premyer Liqada çıxış edən komanda indiyədək ilk 3 turda belə uğursuz nəticə göstərməmişdi. Yalnız debüt mövsümündə 3 oyunda qələbə qazana bilməyən AZAL həmin vaxt 1 xalla kifayətlənmişdi. Digər 9 mövsümün startında isə bakılılar ən azı 1 qələbə qazanıb. AZAL həm də ilk dəfə 3 oyunu qol vurmadan başa vurub. Debüt mövsümündə daha gec – III turda ilk qoluna imza atan bakılılar digər çempionatlarda ilk iki matçda ən azı 1 qol vurub.

 

Xatırladaq ki, AZAL cari mövsümdə “Zirə”yə 0:1, “Qəbələ” və “Qarabağ”a eyni – 0:2 hesabı ilə uduzub.

Xəbər xətti