Adil Şükürov: "Gözlədiyimizdən də ağır, çətin oyun alındı"

23:33 - 24 Avqust 2015

"Bu gün açıq futbol sərgilədik"

 

Premyer Liqanın 3-cü turunun son qarşılaşmasında "Zirə" öz meydanında Bakının "İnter" klubunu qəbul edib.

 

Sportal.az xəbər verir ki, 0 - 0 hesablı heç-heçə ilə başa çatan matçdan sonra meydan sahiblərinin baş məşqçisi Adil Şükürov mətbuat konfransında fikirlərini jurnalistlərlə bölüşüb: "Biz gözlədiyimizdən də ağır, çətin oyun alındı. “İnter”in oturuşmuş heyəti, özünəməxsus oyun tərzi var. “Zirə” isə hər keçən tur öz oyununu sərgiləməyə çalışır. Bu yolda bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu gün açıq futbol sərgilədik. Həm rəqibin, həm də bizim qol imkanlarımız vardı. Etiraf edim ki, oyunun sonlarında bir qədər boşluqlar buraxdıq. Buna rəğmən, 1 xal qazana bildik. Qarşıdakı oyunlara hazırlaşmalıyıq".

Xəbər xətti