"Kəpəz"in qapıçısı azarkeşlərə söz verdi

19:44 - 27 Avqust 2015

"Onlar həqiqətən inanılmazdı"
 
"Keçirdiyimiz 3 oyunda da sona qədər döyüşdük. Ama 3 xal qazana bilmədik". 
 
Sportal.az xəbər verir ki, bu sözləri "Kəpəz"in qapıçısı Tadas Simaitis deyib. Litvalı qolkiper klubun mətbuat xidmətinə açıqlamasında Premyer Liqada keçirdikləri 3 oyunla bağlı fikirlərini bildirib: "Ən çox "Zirə" ilə oyuna görə təəsüflənirəm, çünki son saniyələrdə rəqibə xal verdik. Düzdü oyunumuzda hələ də çatışmazlıqlar var. Amma inanıram ki, tezliklə bundan da güclü kollektiv olacağıq. Bu oyunlarda bizə sonacan dəstək olan azarkeşlərə təşəkkür edirəm. Onlar həqiqətən inanılmazdı. Həqiqətən bizi çox yaxşı motivasiya edirlər. Söz verirəm ki, tezliklə onları qələbələrimiz ilə sevindirəcəyik".

Xəbər xətti