"Rəvan"ın rəqibləri bəlli oldu

12:08 - 28 Avqust 2015

Yoxlama matçları

 

AVRO-2016-nın seçmə mərhələsinin oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilə səbəbilə Zaqatalaya toplanışa yollanan “Rəvan” PFK-nın əsas komandasının yoxlama matçlarında qarşılaşacağı rəqiblər bəlli olub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, “aslanlar” sabah Zaqatala Olimpiya Kompleksinin stadionunda yeni mövsümdə I divizionda mübarizə aparacaq “Zaqatala” klubu ilə üz-üzə gələcəklər. Növbəti oyun isə Qəbələdə olacaq. Paytaxt təmsilçisi sentyabrın 2-i və ya 3-də şəhərin eyni adlı təmsilçisinin əvəzedici komandası ilə qarşılaşacaq.

 

Emin Quliyevin baş məşqçisi olduğu kollektiv hazırlıq dönəmində son oyununu Gürcüstan təmsilçisinə qarşı keçirəcək. Belə ki, “Rəvan” sentyabrın 5-də Tiflisdə qonşu ölkənin elita təmsilçisi “Saburtalo” ilə qüvvəsini sınayacaq.

Xəbər xətti