Milllimizin müdafiəçisi 90 dəqiqə oynadı

21:31 - 29 Avqust 2015

Qolsuz bərabərlik qeydə alınıb
 
İsveç çempionatında 22-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.Sözügedən klub səfərdə "Hammarbü" ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Start heyətdə meydana çıxan Emin sonadək mübarizə aparıb.
 
Qeyd edək ki, "Kalmar" hazırda 23 xalla 16 klub arasında 11-ci pillədə qərarlaşıb.

Xəbər xətti