"Kəpəz" "Şəmkir"lə heç-heçə etdi

16:05 - 30 Avqust 2015

Yoxlama matçı

 

AÇ-2016-nın seçmə mərhələsinin oyunları səbəbindən Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən “Kəpəz”in əvəzedici komandası yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Azər Məmmədovun yetirmələri səfərdə birinci divizionun təmsilçisi “Şəmkir”lə qarşılaşıb.

 

Şəmkir Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyun 2:2 hesablı bərabərliklə nəticələnib. "Şəmkir"in heyətində Rövşən Əmiraslanov və Andrey berjanov fərqlənib.

Xəbər xətti