Elmi işçilər "Kəpəz"də

11:05 - 31 Avqust 2015

Daha 2 üzv

 

“Kəpəz” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının tərkibi genişlənib.

 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, quruma daha iki üzv qəbul olunub.

 

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, kənd təsərrüfatı elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İbrahim Cəfərov və Gəncə Dövlət Universitetinin rektoru, kimya elmləri doktoru, professor Yusif Yusibov Gəncə klubunun Müşahidə Şurasının yeni üzvləri seçilib.

Xəbər xətti