AZAL-dan böyükhesablı qələbə

17:50 - 31 Avqust 2015

4 cavabsız top
 
Milli komandanın oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədə AZAL bir neçə yoxlama oyunu keçirməyi planlaşdırır.
 
Sportal.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədovun tərtib etdiyi plana əsasən AZAL Şüvəlanda “Şərur”la qarşılaşıb. Rəqib qapsından 4 cavabsız top keçirən Tərlan Əhmədovun çalışdırdığı komanda böyükhesablı qələbə qazanıb. Qollara Ruslan Nəsirli, Nuqzar Kvirtiya, Məhəmməd Bədəlbəyli və Murad Səttarlı imza atıblar.

Xəbər xətti